4 azərbaycanlı tələbə dağıntılar altından çıxarıldı

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.
Bu barədə Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adları səsləyiblər, tələbələr cavab veriblər. S.Quliyev, Ş.Vəliyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.