Azərbaycanın xilasediciləri Kahramanmaraşa çatdı

 09:22 07.02.2023     389

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanmış Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

Redaktor.az xəbər verir ki, dünən günün ikinci yarısından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşən Azərbaycanın xilasediciləri bu gün Kahramanmaraşa gəliblər.

Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib (report).