AZAL vətəndaşlarımızı Türkiyədən təxliyə edəcəkmi?

 13:36 07.02.2023     909

Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyədə iki dəfə güclü zəlzələ olub. Son məlumata əsasən, zəlzələ 5775 binanın dağılmasına səbəb olub ki, nəticədə 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb. 

Xəsarət alanlar arasında Türkiyədə yaşayan vətəndaşlarımız, o cümlədən təhsil alan gənclərimiz var.

Dünən isə xilasedicilər tərəfindən 6 azərbaycanlı tələbə dağıntılar altından çıxarılıb. Həmçinin onlarla vətəndaşlarımız haqqında məlumat yoxdur. 

Təyyarə biletlərinin də baha olması zəlzələdən zərər çəkmiş, yaxud itkin düşmüş vətəndaşlarımızın yaxınlarının Türkiyəyə getməsi üçün problem yaradır. 

Maraqlıdır, zərərçəkmiş vətəndaşlarımızın ölkəyə qayıtması üçün, yaxud onların yaxınlarının Türkiyəyə getməsi üçün  Azərbaycan Hava Yolları (AZAL) hansısa addım atmağı düşünürmü, qiymətlərdə endirim edəcəkmi?

Redaktor.az məsələ ilə bağlı AZAL-ın İctimaiyyətlə əlaqələr xidməti ilə əlaqə saxladı.

Mətbuat katibi Nərmin Xəlilova bildirdi ki, bununla bağlı dövlət tərəfindən müəyyən qərar veriləcək.

Həmidə İbrahimova