Yardımlardan ibarət növbəti təyyarəmiz Türkiyəyə yola düşdü

 15:29 07.02.2023     614

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.