Bakıda Türkiyəyə yardım üçün izdiham  - Qardaş dəstəyi - Video

 15:23 07.02.2023     307

Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.

Redaktor.az xəbər verir ki, yardımlar Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılır.

Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərər çəkən insanlara lazım olan vasitələr - yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər. 

Bir neçə yük maşını artıq yola salınıb. Anbar tam dolduğundan yardımın daşınması üçün tırlar gətiriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb, 5 775 bina dağılıb (qafqazinfo).