Kamran Əliyevdən prokuror vəzifələrinə yeni TƏYİNATLAR
Baş Prokurorluqda bir sıra yüksək vəzifələrə yeni təyinatlar olub.
Redaktor.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrlə Mahir Abbasov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.
Digər əmrlə Saleh Hacıyev Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri , Pərviz İbayev isə Bakı şəhəri, Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.
Bundan başqa müvafiq əmrdə Mürvət Həsənovun Sumqayıt şəhər prokuroru vəzifəsinə təyin olunduğu qeyd edilib.