Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycanda həkimlərdən ibarət heyət formalaşdırıldı

 17:11 07.02.2023     304

Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.