Xilasedicilər azyaşlını dağıntılar altından çıxarmağa çalışırlar

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Redaktor.az xəbər verir ki, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qaldığı ehtimal edilən azyaşlının çıxarılması istiqamətində işlər aparır.
Yerli sakinlər azyaşlının səsini eşitdiyini söyləyib. Daha sonra Azərbaycanın xilasediciləri axtarışlar başlayıb.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 6 nəfərin meyiti çıxarılıb.