Bakı Avrasiya Universiteti Türkiyəyə yardım kampaniyasına qoşuldu

 18:20 07.02.2023     226

Bakı Avrasiya Universiteti qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə maddi və mənəvi dəstək kampaniyasına qoşulub.

Redaktor.az xəbər verir ki, fevralın 6-sı səhər saatlarında Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələnin aradan qaldırılması ilə bağlı Bakı Avrasiya Universiteti “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyasına öz dəstəyini ifadə edərək 10.000 AZN ianə edib.

Bakı Avrasiya Universitetinin kollektivi həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir!