Zəlzələdə bir Azərbaycan vətəndaşı həlak olub

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə bildirilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.