"200-dən çox vətəndaşımız zəlzələ bölgəsindən təxliyə edilib" - XİN
“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”.
Redaktor.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var:
“Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.