Xəstə uşaqları məktəbə göndərməyin - Nazirlikdən çağırış

 16:14 08.02.2023     625

“Soyuq aylarda respirator virus infeksiyalarının çox yayıldığı müddətdə xəstə uşaqların bağçaya, məktəblilərin isə dərsə getməmələri tövsiyə olunur”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, soyuq aylarda geyimlər düzgün seçilməlidir: “Hətta işləyən şəxslərin də bir müddət ev şəraitində müalicə almaları tövsiyə edilir. Çünki xəstə insanın 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləmək məqsədəuyğundur. İnanırıq ki, yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş də olmayacaq. Payız-qış mövsümündə xəstələnmə sayının çox olması təbiidir. Sadəcə bu dövrdə məsuliyyətli olmaq lazımdır. Xəstə insanlarla təmasda olan şəxs qoruyucu maskadan istifadə etməli və digər gigiyenik qaydalara ciddi əməl edilməlidir”.