Türkiyədə yaşayan azərbaycanlıların NƏZƏRİNƏ!
“Türkiyənin zəlzələ baş verən bütün ərazilərində nümayəndələrimiz var və səfirliyimiz 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərir”.
Redaktor.az xəbər verir ki, bunu "report"a Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfirin sözlərinə görə, əməkdaşları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə birgə çalışır:
“Onlar müəyyənləşdirir ki, harada ehtiyac var və qrup şəklində ünvanlara göndərilir. Zəlzələ baş verən ərazilərdə qalan azərbaycanlılar təyin olunaraq sənədləşdirilərək Vətənə təxliyə olunur”.