Baş nazirdən bu məhsulların gömrük rüsumundan azad edilməsi barədə QƏRAR
Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilib.
Bu barədə Redaktor.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Beləliklə, maya kulturaları, quru aktiv mayalar, hazır çörəkçilik tozları, heyvanların yemlənməsi üçün istifadə edilən həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, heyvanların yemlənməsi üçün istifadə edilən tərkibində süd məhsulları olmayan və ya bu məhsullar, heyvanların yemlənməsi üçün tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, heyvanların yemlənməsi üçün melassa əlavəsi ilə çuğundur cecəsi bu il 15 faiz idxal gömrük rüsumundan azad olunub.
Salatlıq və ya yarpaqlı çuğundurun toxumlarında başqa digər tərəvəz bitkilərinin toxumları və balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar isə 31 dekabr 2023-cü ilədək 5 faiz idxal gömrük rüsumundan azad edilib.