Vilayət Eyvazov Naxçıvana yeni rəis təyin etdi

 19:12 08.02.2023     570

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinə yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı rayon DYP Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mais Məmmədov işdən azad edilib. O, vəzifəsinin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası DİN-in sərəncamına verilib.

Naxçıvan MR-in daxili işlər naziri Süleyman Nemətovun əmri ilə M.Məmmədov Naxçıvan Şəhər Polis İdarəsinin DYP Bölməsinə rəis təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Naxçıvanın daxili işlər naziri təyin olunmuşdu.