Bu gün təxliyə avtobusu Qaziantepdən Azərbaycana yola düşəcək

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən Redaktor.az-a verilən xəbərə görə, 9 fevral tarixində saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.