Azərbaycanlı tələbənin meyiti dağıntılar altından çıxarıldı - FOTO

 22:18 09.02.2023     859

Türkiyənin Malatya şəhərində xilasedicilər azərbaycanlı tələbə Şahin Vəliyevin meyitini dağıntılar altından çıxarıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Ş. Vəliyevin müəllimi Hülya Bektaş Bingöl  sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Ş.Vəliyev Malatyadakı İnönü Universitetinin tələbəsidir.