Səfirlik tələbənin həlak olması xəbərini TƏKZİB ETDİ - FOTO

 09:29 10.02.2023     294

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan 4 tələbədən biri - Şahin Vəliyevin həlak olması barədə xəbər yayılıb. Xəbəri onun müəllimi sosial şəbəkə hesabında ictimailəşdirib. 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva açıqlama verib.

O, bildirib ki, iddialar əsassızdır, tələbənin həlak olması xəbəri öz təsdiqini tapmayıb.

"Malatyada 4 tələbədən biri olan Şahin Vəliyevin cansız bədəninin çıxarılması xəbəri doğru deyil. Əsassız iddialara inanmaq olmaz. Dövlət qurumları ilə əlaqə saxlamışıq, bununla bağlı bizə hər hansı təsdiq verilməyib",- deyə səfirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir (modern.az).