Həbs edilən baş həkimin yerinə təyinat oldu
Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim təyinatı olub.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, tibb üzrə fəlsəfə doktoru Məmmədov İlqar İslam oğlu Xəstəxanaya baş həkim təyin olunub.
O, bundan əvvəl həmin xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl xəstəxananın iki baş həkimi korrupsiya cinayəti ilə bağlı həbs olunub.