3700-dən çox şəxsin iş yerinə göndəriş verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verilib.
Nazirlikdən Redaktor.az-a bildirilib ki, həmin şəxslərin bir il ərzində əmək haqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla, müvafiq işəgötürənlərə də dəstək məqsədi daşıyır.
Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib.
Proqrama qoşulmaq istəyən işəgötürənlər Agentliyin rəsmi saytından müraciət edə bilər.