Vilayət Eyvazovdan rəis TƏYİNATI

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yeni rəis təyin olunub.
Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Süleyman Abbasov təyinat alıb.
Qeyd edək ki, bir müddət öncə 14-cü Bölmənin rəisi Tural Məşədiyev işdən çıxarılaraq sərəncama götürülmüşdü.