“Azərsu”nun rəhbəri bu rayonda vətəndaşları qəbul edəcək
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov fevralın 17 Kürdəmirdə vətəndaş qəbulu keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Azərsu”dan bildirilib.
Sədr müavini Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinləri qəbul edəcək.
Məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.