Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Türkiyədə zərərçəkənlərə dəstək oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək tədbirlərinə qoşulub.
Redaktor.az xəbər verir ki, nazirliyin kollektivi adından 1 milyon TL vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.