FHN-in üçüncü humanitar yardım karvanı Türkiyəyə yola salındı - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan qardaş ölkəyə yola düşüb.
Bu barədə Redaktor.az-a FHN-in mətbuat xidmətindən bildirilib.
Yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 ədəd çadır və 240 ədəd qızdırıcı daxildir.