Hələ də tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov

 16:42 11.02.2023     253

"Gündəlik statistika yenilənir. İndiyə qədər 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib".

Redaktor.az APA-yaistinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yeni müraciət edənlərin vəziyyətinə baxılır.

“Ümumilikdə bizdə olan statistikaya görə, 5 vətəndaşımız zəlzələ nəticəsində həlak olub. Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”, – XİN başçısı vurğulayıb.