Müdafiə Nazirliyi Türkiyəyə qış səhra çadırları göndərdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin yardım tədbirləri davam etdirilir.
Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Nazirliyin Maddi Texniki Təminat Baş İdarəsinin təminat bazasından qış səhra çadırlarının bir qismi avtomobil, digərləri isə hava nəqliyyatı vasitəsilə qardaş ölkəyə göndərilib.