Türkiyədən təxliyə edilən azərbaycanlıların sayı AÇIQLANDI
Bu günə qədər 464 nəfər Azərbaycan vətəndaşı Türkiyənin zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.
Redaktor.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
"Bundan əlavə, onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları da ölkəmizə təxliyə olunub",- deyə XİN rəsmisi deyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.