XİN-in xüsusi tapşırıqlar üzrə səfiri vəfat etdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.
Redaktor.az xəbər verir ki, məlumatı XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə təsdiqləyib.
F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri işləyib. Daha sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini tutub.
2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə postundan geri çağırılıb. Sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfir, həmçinin Xorvatiyada səfir işləyib.