Azərbaycan pensiya məbləğinə görə MDB ölkələrində neçənci yerdədir?
Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir.
Bu barədə Redaktor.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumata görə, minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir.
"Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub", - deyə nazirliyin açıqlamasında qeyd olunub.