Xəzər dənizində zəlzələ OLDU

Xəzər dənizində zəlzələ olub.
Redaktor.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 14:19-da Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3.4 olan yeraltı təkan 60 km dərinlikdə baş verib.