Elmin kommersiyalaşdırılması - İdeyadan Biznesə layihəsinin təqdimatı oldu - FOTO

 16:34 13.02.2023     469

Azərbaycan Respublikası Gənclər Fondunun 2022-ci ildə elan etdiyi 16-cı qrant müsabiqəsinin “Elmin kommersiyalaşdırılması – İdeyadan Biznesə (i2b)” adlı layihə ilə qalibi olmuş “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi nəzərdə tutulmuş layihənin açılış tədbirini keçirib.

Redaktor.az xəbər verir ki, Azərbycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) resurs mərkəzinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Elvin Hüseynov təşkilatın fəaliyyəti, məqsədi, vəzifələri və bu günə kimi icra olunmuş layihələr barədə geniş məlumat verib.

Sonra tərəfdaş təşkilatın rəhbəri, layihənin təlimçisi “Yeni Fikir” MMC və “Yeni Fikir” startap müsabiqəsinin təsisçisi Dos. İsa Qasımov elmin kommersiyalaşdırılması sahəsində təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. O, çıxışında bu sahənin dövlətin elm-təhsil siyasətində və cəmiyyətin gələcək inkişafındakı rolu və əhəmiyyətini qeyd edib.

Daha sonra donor təşkilatın təmsilçisi Azərbycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Mübariz Qədirov çıxış edib. O, i2b layihələrinin əhəmiyyətindən, innovativ yanaşmaların və elmin kommersiyalaşdırılmasının dövlətin inkişaf siyasətinin priotetlərindən biri olduğundan danışdı. Həmçinin o, bu istiqamətdə gənclərin üzərinə düşən vəzifə və məsuliyyətdən də bəhs edib.

Son çıxış olaraq, layihə rəhbəri Rəşid Cəbrayılov layihə haqqında geniş məlumat verib. O bildirib ki, “Elmin kommersiyalaşdırılması – İdeyadan Biznesə (i2b)” adlı layihənin əsas məqsədi elm və təhsil sahəsində fəaliyyət göstərən gənc elmi tədqiqatçıların ideyalarını reallaşdırmasına dəstək verməkdir. Bunun üçün, layihə çərçivəsində “İnnovativ ideyalar və innovasiyaların idarə edilməsi”, “Sahibkarlıq düşüncəsinin formalaşdırılması”, “Startapın strukturu və ideyaların startapa çevrilməsi” “Layihələrin inkişafı və məhsulun reallaşdırılması”, “Müştərilər və investorlarla effektiv kommunikasiya” kimi mövzuları əhatə edən təlimlərin verilməsi nəzərdə tutulur. Eləcə də, layihə rəhbəri gələcək təlimlərin proqramını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə həmçinin, digər rəsmilər – NAYORA və KOBİA nümayəndələri də iştirak ediblər.

Yekunda layihə rəhbəri, təlimçi və ekspertlər iştirakçılara fəal iştiraka görə təşəkkür edərək onlara uğurlar arzu etdilər, rəsmilər və layihə iştirakçıları ilə birgə xatirə fotosu çəkdirilib.

1
 

1
 

1
 

1
 

1