Həftənin ilk "Açıq mikrofon"u Daşkəsəndə quruldu - FOTO

 19:40 13.02.2023     359

Fevralın 13-də SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Daşkəsən rayonunda təşkil olunub. 

Redaktor.az xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb. 

Rayonun S.Vurğun küçəsində yaşayan Rövşən Əmrahovla Əli Əkbərov onlara məxsus debitor borcun araşdırılmasını istəyiblər. Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinin qaz təminatının bərpa olunması ilə bağlı müraciət isə Azər Şirinov tərəfindən ünvanlanıb. 

Görüşdə səsləndirilən müraciətlər Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra araşdırılması üçün qeydiyyata alınıb.