Xilasedicilərimiz dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ ÇIXARDI

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.
Redaktor.az Report-a istinadla xəbər verir ki, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.


