Vüsal Kərimov vəzifəsindən azad edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.
Redaktor.az "report"a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Məzahir Mahmudova həvalə olunub.
V. Kərimov “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə ötən ilin ortalarından rəhbərlik edirdi. Buna kimi isə “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru olub.
Xatırladaq ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir.