Güclü külək olacaq - XƏBƏRDARLIQ

 13:15 14.02.2023     356

Bakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.