Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edildi
Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.