Mehriban Əliyeva Arif Paşayevi təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan elmi elitasının sayılıb-seçilən nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
Redaktor.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”.