Permdəki diasporumuz Türkiyəyə humanitar yardım göndərib - FOTO
Rusiyanın Perm diyarında yaşayan Azərbaycan icması Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətlə bağlı humanitar yardım kampaniyasına qoşulub.
Redaktor.az xəbər verir ki, “Perm diyarı üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Çingiz İsayevin rəhbərliyi ilə 35 min manat (1,5 milyon rubl) dəyərində əldə edilən çadırlar və qızdırıcılar Türkiyənin Kazandakı Baş konsulluğuna göndərilib.
Təşkilat sədri humanitar yardımın toplanmasında fəal iştirak edən soydaşlarımıza və xeyirxah insanlara minnətdarlığını bildirib.