Təranə Səmədova qızını dilənçiliyə məcbur edib? - VİDEO
Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Redaktor.az xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Ümid ilə gəl" ictimai-sosial verilişində həmkarı haqqında sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirmək üçün Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadəni canlı yayıma qoşub.
Tolik bildirib ki, Təranə Səmədovanın iki qız övladı 13 yaşlı Suel və 7 aylıq Adel hazırda Azərbaycan uşaqlar birliyinin sığınacağına yerləşdirilib.
Aparıcı həmçinin əlavə edib ki, müğənni Rəqsanə İsmayılova Təranənin qızlarını öz evində saxlayıb.
Sözügedən faktı təqdiqləyən K. Ağazadə məsələ ilə bağlı bu açıqlamanı verib:
"Bir neçə gün əvvəl qonşularımdan zəng gəldi. Onlar söylədilər ki, Təranə Səmədovanın uşaqları çox acınacaqlı vəziyyətdədir. Uşaqlar ananın şiddəti ilə qarşılaşıblar. Onlar küçədədirlər. Ilk olaraq qonşuların İcra Hakimiyyətinə müraciət etmələrinə istədim. Bu məsələ çox həssasdır. Burada mütləq həm hüquq mühafizə orqanları, həm İcra Hakimiyyəti, həmdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kompleks şəklində uşaqların müdafiəsini həyata keçirməlidir. Təranə barədə həbs qəti imkan tədbirləri seçildi. Rəqsanə isə uşaqları bir neçə günlük yanında saxladı".
Tolikin "Təranə evinin önündə qızı Sueli qucağında yeddi aylıq digər qızı Adel ilə dilənçiliyə məcbur edib?" sualına isə sığınacağın təsisçisi "Hazırda Suelin sığınacağımızda adaptasiya dövrü başlayıb. Onlar birinci gecəni bizdə keçirdilər. Hər şey qaydasındadır.
Suel ailəsində o qədər xoşaqəlməz hadisələrlə qarşılaşıb ki, bu sığınacaq onun üçün sanki, rahat mühütə çevrilib. Diqqət, qayğı görüb. Bu məsələ ilə bağlı qonşular da məlumat verib, eyni zamanda Suelin bəzi danışdıqları var. Amma bunlara hüquqi qiymət verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərini dəvət edəcəyəm. Bizim psixoloq da Suel ilə ilkin söhbətlər aparıb. Bir neçə gündən sonra artıq uşağın vəziyyəti ilə bağlı açıqlama verəcəyəm. Bu gün onlar tibbi müayinədən keçməyə göndərildi. Yeddi aylıq Adeldə sağlamlığı və inkişafı ilə bağlı geriləməyi var. Bu problemi aradan qaldırmalıyıq. Qaldı ki, uşaqların gecə saatlarında küçədə olma faktı məsələsini Rəqsanə də mənə deyib" deyə cavab verib.
Aparıcının "Şayiələr gəzir ki, güya Suel anasından imtina etmək istəyir. Rəqsanə isə mənə söylədi ki, Təranə həbs olunmazdan əvvəl beş gün narkoloji reabilitasiya mərkəzində müayinələrdə olub" sözlərinə K. Ağazadə belə münasibət bildirib:
"Bəli bir məlumat var. Bizdə bu məsələ ilə bağlı adiyyatı dövlət qurumlara müraciət edəcəyik".
Verilişin gedişatında Tolik Suelin atası nağara ifaçısı Abbas Cəfərovun qızına aliment verilməsi ilə bağlı proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyevaya müraciət edib. Vəkil isə bu məsələdə onlara yardımçı olacağını dilə gətirib.