Parlament insan hüquqları ilə bağlı protokolu təsdiqləyəcək
Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunu təsdiqləyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.