“Quru sərhədlərin bağlı olması və AZAL-ın qiymətlərinə görə tətildə Azərbaycana gələ bilmədilər”

 14:50 16.02.2023     848

“Quru sərhədlərin bağlı olması və AZAL-ın dodaq uçuqladan qiymətləri o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu”.

Redaktor.az "Yeniavaz.com"a istinadla xəbər verir ki, bu sözləri Türkiyədə təhsil alan azərbaycanlı tələbə İbrahim İbrahimov Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində dünyasını dəyişən 4 azərbaycanlı tələbə ilə bağlı yazıb.

O bildirib ki, normalda qış tətillərində azərbaycanlı tələbələrin hamısı Vətənə qayıdır:

“4 nəfər. 4 gələcək. 4 ümid. Universitetdə artıq tətil idi. 3 həftə əvvəl mən və 2 dostumuz Bakıya qayıtmışdıq. Normalda da qış tətillərində hamımız Azərbaycana dönürdük. Amma quru sərhədlərin bağlı olması və AZAL-ın (“Azərbaycan Hava Yolları” QSC) dodaq uçuqladan qiymətləri, o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu. O uşaqlar hamısı bir ailənin ümidi idi. Amma o ümidlər artıq yoxdur. Artıq bizim də ümidimiz yoxdur. Qızını görmək üçün Gürcüstan sərhədindən gizlin keçmək istəyən ananın da, tanımadığımız yüzlərlə insanların da.
4 ildə gözəl xatirələrimiz olmuşdu. Amma həyat bizə bunları yaşatdı. Nur içində yatın, yoldaşlar…”