"Azərsu"yun sədr müavininin qəbul vaxtı dəyişdirildi
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənovun sabah Kürdəmir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Redaktor.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qəbul fevralın 22-də saat 10:00-da Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək.
Qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.