Kamran Əliyev Naxçıvan Prokurorluğunda 2 nəfəri işdən çıxardı - Yeni təyinatlar

 16:02 16.02.2023     556

Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunda iki nəfər vəzifədən azad olunub, yeni təyinatlar olub.

Redaktor.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz arzularına əsasən tutduqları vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Bundan başqa, Kamran Əliyevin müvafiq əmri ilə NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası vəzifəsi Ramal İbrahimovun üzərindən götürülərək o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.

Bundan əlavə, müvafiq əmrlə Vüqar Hüseynova NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.