Vilayət Eyvazov bu rayonda qəbul və sıra baxışı keçirdi - VİDEO

 16:25 16.02.2023     263

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 36-sı Vətən müharibəsi iştirakçısı, 4-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.