Növbəti “Açıq qapı”nın vaxtı açıqlandı
“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 17 fevral saat 11:00-da başlayacaq.
Redaktor.az xəbər verir ki, aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.