"Azəriqaz" Ağstafa sakinlərinin müraciətlərini dinlədi - FOTO

 18:23 16.02.2023     553

“Təşkil etdiyiniz aksiyaya rayonun Həsənsu kəndindən gəlmişəm. Xahişim yaşadığım ərazidə 7-8 fərdi yaşayış evinin qazlaşdırılmasından ibarətdir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Yusif Məmmədov SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Ağstafa rayonunda baş tutan “Açıq mikrofon” aksiyasında bildirib. Poylu kənd sakinləri Müşviq Xəkiyev və Elşən Əliyevin də müraciəti bu yönümlü olub. Onlar da 15-dək evin mavi yanacaqla təmin olunmasını xahiş ediblər. Aksiyaya rayonun S.Vurğun qəsəbəsindən üz tutan Xəyal Əliyev isə fərdi yaşayış evinə quraşdırılan öncədən ödənişli (smart-kart tipli) qaz sayğacının sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı ilə əvəz olunmasını xahiş edib.

Daxil olan bütün müraciətlər Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.