Zəlzələdən sonra sığındıqları evin damı uçdu - 7 nəfər öldü
Türkiyənin Konya əyaləti, Karatay rayonunun Yeddilər Məhəlləsində fərdi yaşayış evinin damının uçması nəticəsində zəlzələdən zərər çəkmiş 7 xarici ölkə vətəndaşı ölüb.
Redaktor.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, evdə baş verən yanğın nəticəsində binanın damı çöküb. Hadisə nəticəsində biri qonaq olmaqla iki suriyalı ailənin üzvləri vəfat edib, ailənin iki üzvü isə yaralı halda hospitala aparılıb.
Bildirilib ki, onlar zəlzələ səbəbindən Qaziantepdən Konyaya gəlibmiş.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər, təcili tibbi heyət cəlb olunub.
Tunar Altunbay