Yanvar ayında "Azəriqaz"a edlən müraciətlərin sayı açıqlandı
"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin yanvar ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 1399 müraciət daxil olub".
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Onun sözlərinə görə, 594 müraciət "Opentext" proqramı vasitəsilə, 805 müraciət isə elektron formada daxil olub:
""Opentext" proqramı vasitəsilə daxil olan müraciətlər 2022-ci ilin yanvar ayı ilə müqayisədə 35 müraciət azlıq təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacın dəyərinin ödənilməsi və quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır".
Həmidə İbrahimova