ANSPRESS yenidən AÇILDI
Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb.
Redaktor.az xəbər verir ki, əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunub.
Portalın Baş redaktoru Seyfulla Mustafayev “Qafqazinfo”ya bildirib ki, bir ildən artıqdır portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərib:
"Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s”.
Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan sonra fəaliyyətini dayandırmışdı.