Peyvənd olunanların sayı açıqlandı

 16:40 17.02.2023     218

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 215 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 75, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 946 633, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 505, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 294, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 355, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 479 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb